DMX rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində ikitərəfli görüşlər keçiribbackend

DMX rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis arasında görüş keçirilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunbu ki, Xidmət rəisi Azərbaycanın Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə BMT-nin Miqrasiya üzrə Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyən edilən ilk ölkə olduğunu, Foruma hazırlıq çərçivəsində cari ilin fevral ayında Azərbaycan, Lüksemburq və Portuqaliyanın təşəbbüsü ilə BMT-nin Avropa üzrə İqtisadi Kommissiyasına daxil olan 56 ölkənin iştirakı ilə tədbirin keçirildiyini vurğulayıb, habelə Azərbaycan tərəfindən Miqrasiya üzrə Qlobal Paktın icrasına dair təqdim olunan könüllü hesabat barədə məlumat verib.

Həmçinin Azərbaycanda yaradılmış BMT-nin Miqrasiya Şəbəkəsindən və onun gələcək fəaliyyətindən söhbət açılıb.

Prentis Miqrasiya üzrə Qlobal Paktın icrasına dair Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib, habelə tarixdə ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Forum çərçivəsində Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu naziri xanım Amonzoda Şirin və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri cənab Ataqarayev Nəzər ilə qarşı tərəflərin sorğusu əsasında ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan ilə qeyd olunan ölkələr arasında mövcud əməkdaşlıq, habelə Azərbaycanda yaradılan və regionun 13 ölkəsini əhatə edən Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.