Yeni “Need for Speed” oyunları gözlənilmir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məşhur yarış simulyatoru “Need for Speed” həvəskarları üçün bəd xəbər yayılıb. Oyunu hazırlayan əfsanəvi “Criterion” studiyası yarış oyunları üzərində fəaliyyətini dayandırır və bütün diqqətini tamamilə “Battlefield” layihəsinin uzunmüddətli dəstəyinə yönəldir.
Bu qərar fonunda studiyanın adı rəsmi olaraq “Criterion: a Battlefield Studio” olaraq dəyişdirilib.
Məlumata görə, “Electronic Arts” şirkəti “Battlefield 6” oyununu ən azı 2028-ci ilin sonuna qədər aktiv şəkildə inkişaf etdirməyi və dəstəkləməyi planlaşdırır. Bu addım şirkətin hərbi atıcı oyunları seqmentində mövqelərini möhkəmləndirmək və resursları daha gəlirli sahələrə istiqamətləndirmək strategiyası ilə əlaqələndirilir.
Xuraman Etibarlı
İnterpress.az






