Ekoloqlar həyəcan təbili çalır: Türkiyədə Van gölünün səviyyəsi aşağı düşür – FOTObackend

Ekoloqlar həyəcan təbili çalır: Türkiyədə Van gölünün səviyyəsi aşağı düşür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin şərqində qlobal istiləşmənin təsiri altında Van gölündə suyun səviyyəsi aşağı düşür.

Prosesə yağıntıların azalması və buxarlanma kimi amillər təsir edir.

Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.

O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.

“Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək”, – deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.

 

Mənbə: Anadolu