Ekvadordakı Kotopaxi vulkanı kül püskürürbackend

Ekvadordakı Kotopaxi vulkanı kül püskürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkələrindən biri olan Ekvadorun cənubundakı Kotopaxi vulkanı püskürüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vulkanın külü 2200 metrdən çox hündürlükdə yayılıb.

Vulkanın püskürmə sürəti peyk sistemləri vasitəsilə izlənilir və heç bir fövqəladə hal aşkar edilməyib.

Kül və tüstü ilə dolmuş hava daha çox ölkənin cənub-qərbində yerləşən San Xoakin və San Aqustin de Kallo şəhərlərində müşahidə olunub.

Dünyanın ən yüksək vulkanlarından biri olan Kotopaxi vulkanının püskürdüyü külün Kitoda evləri və avtomobilləri əhatə etdiyi bildirilir.