Eritreyalı Şura üzvü: “Hüquq və azadlıqlarımız üçün sona qədər mübarizə aparacağıq”backend

Eritreyalı Şura üzvü: “Hüquq və azadlıqlarımız üçün sona qədər mübarizə aparacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eritreyalı qadınlar məqsədlərinə çatana qədər hüquq və azadlıqları uğrunda mübarizəni davam etdirəcəklər”.

İnterpress.az xəbər verir ki, bunu Eritreya Qadınlarının Milli İttifaqının icraçı şurasının üzvü Cimea Mahmud Mohammedraki noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Eritreya hökuməti ölkədə gender bərabərliyinin təmin edilməsinə yönələcək xüsusi sosial-iqtisadi proqramlar həyata keçirməyi planlaşdırır: “Eritreya qanunvericiliyi qadınlara qarşı zorakılıq və onların azadlığının məhdudlaşdırılması ilə bağlı cinayətlərə görə ciddi cəza nəzərdə tutur. Məsələn, evlənmək məqsədilə qadınların qaçırılması, erkən nikah, evlənmək üçün başlıq ödəmək ənənəsi qanunvericilik səviyyəsində qadağandır”.