Erməni təxribatı Azərbaycanın gücünü artırır: “Ermənistan tərəfinin ağlı başına gəlməyib”backend

Erməni təxribatı Azərbaycanın gücünü artırır: “Ermənistan tərəfinin ağlı başına gəlməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ordumuzun istənilən uğurlu əməliyyatı Ermənistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan tərəfindən Kəlbəcər istiqamətində atəşkəsin pozulmasını dəyərləndirən REAL Hərəkatının icraçı katibi bidlirib.

Natiq Cəfərli vurğulayıb ki, sərhəddə baş verən provokasiyaların arxasında Paşinyan dayanırsa, onun məqsədi Ermənistan cəmiyyətinə “ODKB” və Rusiyanın ciddi müttəfiq olmadığını bir daha göstərməkdir:

“Yəni, bizə dəstək olmurlarsa, nədən o təşkilatda olmalıyıq?! Çünki sərhəddə irimiqyaslı döyüşlər olsa da, “ODKB” müdaxilə etməyəcək. Bu, indiki şəraitdə mümkün deyil. Nəticədə Ordumuzun istənilən uğurlu əməliyyatı Ermənistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Əgər sərhəddəki provokasiyaların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır. Ermənistan ərazisində istənilən böyük hərbi məğlubiyyət seçki ilə Paşinyana qalib gələ bilməyən Rusiyaya şans verəcək ki, Köçəryan və adamlarını küçədən hakimiyyətə gətirsin. Kremldə Paşinyanın seçkiləri üstünlüklə udması və bundan sonra AB ilə, Fransa ilə daha sıx yaxınlaşması qıcıq yaradır”.

N. Cəfərli qeyd edib ki, hər iki ssenaridə Azərbaycanın hərbi üstünlüyünü artırması üçün şans var:

“Azərbaycan daha ağıllı oynamalı, eyforiyaya qapılmamalı, populistik addımlardan çəkinməlidir. Bizim üçün indi dayanılqlı sülh, sərhədlərin tanınması, əlaqələrin açılması prioritet olmalıdır. Biz Zəngəzura, Göyçəyə, İrəvana tank-topla qayıtmaq kimi populist yanaşmanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik. Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur. Azərbaycan “de-jure” və “de-facto” ittifaqları gücləndirir. Bu, çox yaxşıdır. Lakin eyforiya da var, bu, çox pisdir. Əgər Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyasi gərginliklə əldə etsə və Köçəryan kimi canini hakimiyyətə gətirə bilsə, o zaman onun möhkəmlənməsi və nüfuzunun artması üçün bizim ərazidə, sərhəddə də daha çox provokasiya edib bizə zərbələr endirməyə cəhd edəcəklər”.

Gülşən

İnterpress.az