Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli götürməyə məcbur oldularbackend

Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli götürməyə məcbur oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.

Bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, – o vurğulayıb.

Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan və Türkiyə tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.

“Aparaj” nəşrinin ötən gün yaydığı məlumata görə, Rusiyanın sülhməramlı kontingentinin yüksək rütbəli hərbçisi şəhər “merindən” abidənin sökülməsini tələb etmiş, lakin “mer” Edik Avanesyan bundan imtina edərək bildirib: “Sabah da Montenin heykəlini sökməyi istəyərsiniz”.

Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını etmişdilər.

 

İnterpress.az