Ermənistanda 27 sentyabrın Anım Günü elan edilməsi təşəbbüsü QƏBUL OLUNMADIbackend

Ermənistanda 27 sentyabrın Anım Günü elan edilməsi təşəbbüsü QƏBUL OLUNMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 27 sentyabrın Anım Günü elan edilməsi təşəbbüsü qəbul olunmayıb. 

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan hökuməti 2020-ci ilin 44 günlük müharibəsinin başladığı 27 sentyabrın Anım Günü elan edilməsi təşəbbüsünü rədd edib.

Bu təkliflə müxalifətçi deputat Qeqam Nazaryan çıxış edib. Amma hökumət qərara alıb ki, Ordu Günü – 28 Yanvar bu günü qeyd etmək və ölənlərin xatirəsini yad etmək üçün kifayətdir.

Xuraman Etibarlı

İnterpress.az