Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.
İnterpress.az xəbər verir ki, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.