Ermənistanda daha bir İSTEFA: İqtisadiyyat nazirinin müavini ƏRİZƏ VERDİbackend

Ermənistanda daha bir İSTEFA: İqtisadiyyat nazirinin müavini ƏRİZƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandaın iqtisadiyyat nazirinin müavini Narek Teryan istefa ərizəsi verib.

İnterpress.az xəbər verir ki, bu məlumatı Sputnik Ermənistan-a nazirliyin mətbuat xidmətindən təsdiqləyiblər. İqtisadiyyat nazirinin müavini Narek Teryan tutduğu vəzifədən istefa ərizəsi yazıb.

Son günlər bir sıra istefalar energetika sənayesinə bu və ya digər şəkildə nəzarət edən idarə və nazirlikləri əhatə edib.

Teryan 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın qərarı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Ötən gün Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan və Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan da öz vəzifələrini tərk ediblər.

Sosial şəbəkələr onların gedişini hakimiyyətin “Ermənistan Elektrik Şəbəkələri” QSC-ni “sıxmaq” istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, həyat yoldaşının Araqatsda dağ-xizək kurortunun tikintisi ilə bağlı tenderdə qalib gələn şirkətdə işləməsi məlum olandan Teryanın ətrafında söhbətlər davam edir.

Xuraman Etibarlı

İnterpress.az