Rusiyada ev dustaqlığında olan fəal qaçaraq Litvaya gedib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, siyasi fəal Konstantin Kotov ev dustaqlığından qaçıb. O, Rusiyanı tərk edərək Litvaya gedib.
O, FBK siyasi təşilatına ianələrə görə “ekstremizmin maliyyələşdirilməsi” maddəsi ilə ittiham olunub.
Fəalın sözlərinə görə, o, kardiocərrah İvan Tişenko FBK-yə analoji ianələrə görə 4 il həbs cəzasına məhkum edildikdən sonra getmək qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az