Fəqərəarası yırtığın sağalması üçün GEL YARADILDIbackend

Fəqərəarası yırtığın sağalması üçün GEL YARADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəqərəarası yırtığın sağalmasını sürətləndirmək üçün gel yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçin Uppsala Universitetinin mətbuat xidməti məlumat yayıb.

Çindən və Avropadan olan həkimlər müəyyən ediblər ki, yırtıq daşıyıcılarında zədələnmiş fəqərəarası disklərin sağalması prosesi fəqərəarası diskləri immun hüceyrələrin hücumlarından qoruyan musin zülalının sintetik analoqlarının inyeksiyalarının köməyi ilə xeyli sürətləndirilə bilər.

“Yaratdığımız yanaşma, bel yırtığından əziyyət çəkən xəstələr üçün yeni bir ümid verir və bu kateqoriyadan olan xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, – deyə universitetin mətbuat xidmətindən bildirilib.

Elm adamları zədələnmiş fəqərəarası disklər çıxarıldıqdan sonra patoloji immun prosesləri yatıran terapiyanı sınaqdan keçirərkən belə qənaətə gəliblər.

Yırtıq diski pisləşdirən bu immun nasazlıqlar bəzən immun hüceyrələrin diskin daxili hissəsi olan pulpoz nüvəsini yad cisim kimi qəbul etməyə başladığı üçün baş verir.

Tədqiqatçılar hesab edirlər ki, diskin zədələnmiş hissələrini musin zülalının sintetik analoqlarından ibarət geləbənzər materialla örtməklə bu problemin qarşısını almaq olar.

Bu maddə tez-tez şiş hüceyrələri, eləcə də müxtəlif patogenlər tərəfindən bədənin qalan hissəsindən bir maneə kimi istifadə olunur. Bu da həkimlərin onurğanın zədələnmiş hissəsinin oxşar şəkildə immun hücumlarından qoruna biləcəyinə inanmasına səbəb olub.

Tədqiqatçılar ümid edirlər ki, onların hazırladıqları yanaşma fəqərəarası yırtığın müalicəsi üzrə əməliyyatların uğurunu əhəmiyyətli dərəcədə artıracaq və fəqərəarası disklərin zədələnmiş hissəsinin çıxarılmasından sonra fəsadların tezliyini azaldacaq.

Xuraman Etibarlı

İnterpress.az