FİFA Argentina milisinin üç futbolçusunu cəzalandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
FİFA 2026-cı il Dünya Çempionatının final oyununun yekunlarına əsasən Argentina yığmasının üç oyunçusuna qarşı intizam tədbirləri tətbiq edib.
Məlumata görə, yarımmüdafiəçi Leandro Paredes 10 oyunluq disklvalifikasiya edilib və ona 90 min dollar (təxminən 153 min manat) məbləğində cərimə kəsilib.
Həmçinin müdafiəçi Nauel Molina və yarımmüdafiəçi Tyaqo Almada da müxtəlif müddətli diskvalifikasiya və pul cərimələrinə məruz qalıblar.
Xuraman Etibarlı
İnterpress.az






