Fransanın Seine-et-Marne əyalətində, paytaxt Parisdəki Gare de l’Est stansiyasında elektrik kabelləri yandırıldıqdan sonra qatarların hərəkəti bütün gün dayandırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, səhər saatlarında Sene-et-Marne əyalətində elektrik kabelləri yandırılıb.
İlk növbədə, Parisdəki Gare de l’Est-də yüksək sürətli qatar, regional və şəhərətrafı qatar xidmətləri saat 06:00-dan etibarən dayandırılıb, sonra Fransadakı milli dəmir yolu şirkəti SNCF stansiyada qatar xidmətlərinin ləğv edildiyini açıqlayıb.
SNCF hadisə ilə bağlı şikayət edəcəyini bildirsə də, sərnişinlərə səyahətlərini təxirə salmağı tövsiyə edib.