“Paramount” “Qarağac küçəsində kabus” filminin yeni versiyasını çəkir.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kino dünyasının ən məşhur qorxu personajlarından biri olan Freddi Kryuqer ekranlara geri qayıdır. “Paramount” kinostudiyası “Qarağac küçəsində kabus” (A Nightmare on Elm Street) filminin yeni ekranlaşdırılmasını rəsmən başlatdığını elan edib.
Məlumata görə, studiya 1984-cü ilin orijinal ssenarisinin hüquqlarını əldə edib. Yeni ekran işi kult franşizanın tamamilə yenidən başladılması (reboot) olacaq.
Filmin süjeti barədə hələlik ətraflı məlumat verilməsə də, hadisələrin yenidən ilk filmin kainatında cərəyan edəcəyi bildirilib.
Xuraman Etibarlı
İnterpress.аz






