Gülünc MÜSABİQƏ: Məmur özünün təşkil etdiyi lotereyada ÖZÜ QALİB GƏLDİ – VİDEObackend

Gülünc MÜSABİQƏ: Məmur özünün təşkil etdiyi lotereyada ÖZÜ QALİB GƏLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zabaykalyedə məmur özünün təşkil etdiyi müsabiqədə “Lada Granta” qazanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Zabaykalye diyarının Mədəniyyət Nazirliyinin şöbə müdiri Nikolay Qurulyov özünün təşkilatçısı olduğu tirajda baş mükafatı – “Lada Granta” markalı avtomobili qazanıb.

Ailə Gününə həsr olunmuş lotereyada məmurun qalib gəlməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olub.

Yaranmış güclü ictimai rezonansdan sonra avtomobilin yerli ailələr arasında yenidən oynanılmasına qərar verilib.

Diyarın mədəniyyət naziri isə gələcəkdə təşkilatçıların bu növ lotereyalarda iştirakını rəsmən qadağan edəcəyinə söz verib.

Xuraman Etibarlı

İnterpress.аz