Gürcüstan Baş naziri Əli Nağıyevlə görüşdübackend

Gürcüstan Baş naziri Əli Nağıyevlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə görüşüb.

Bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, görüşlərdə təhlükəsizlik əməkdaşlığının əsas sahələri müzakirə edilib və Gürcüstan və Azərbaycan təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili iştirak ediblər.

 

 

İnterpress.az