Gürcüstan-Portuqaliya matçında İNSİDENT: Azarkeş tribunadan Ronaldonun üstünə TULLANDI – VİDEObackend

Gürcüstan-Portuqaliya matçında İNSİDENT: Azarkeş tribunadan Ronaldonun üstünə TULLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ronaldo tribunaya çıxarkən azarkeş tribunadan onun üstünə tullanıb.

interpress.az xəbər verir ki, Almaniya mediası məlumat yayıb. Media bildirir ki, Gürcüstanla oyundan (0:2) sonra azarkeşlərdən biri birbaşa tribunadan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun üzərinə atılıb.

Onun mühafizəçiləri portuqaliyalı forvard üçün canlı qalxan olub, oyunçunu üzərinə düşən azarkeşdən qoruyub.

Təhlükəsizlik qüvvələri azarkeşi saxlayıb. Onun bunu niyə etdiyi məlum deyil.

Futbolçunun özü isə xəsarət almayıb.

Xuraman Etibarlı

İnterpress.az