“Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir”backend

“Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək”.

İnterpress.az bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.

“Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Hər iki tərəfin razılığı olacağı təqdirdə yaxın vaxtlarda İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında görüş keçiriləcək”, – deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, bu görüşdə Ukrayna taxılının tədarükü mexanizmi müzakirə olunacaq.