Ərdəbildə həbs edilən jurnalist “Mossad”a casusluqda günahlandırılıb.
interpress.az xəbər verri ki, bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat yayıb.
Təşkilat bildirir ki, iyunun 4-də İranın TTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin qüvvələri tərəfindən Ərdəbil şəhərində həbs olunan redaktor, tərcüməçi və sosial media fəalı Hüseyn Şənbəzadəyə qarşı ağır ittiham irəli sürülüb.
Məlumata görə, Ərdəbil əyalətinin inqilab prokuroru Cəlal Afaqi bununla bağlı açıqlamasında iddia edib.
“Adı çəkilən şəxs sosial şəbəkələrdən biri vasitəsilə “Mossad” kəşfiyyat xidmətinin yüksək rütbəli rəsmiləri ilə əlaqə qurub. O, redaktor fəaliyyəti adı altında zəruri məlumatları ölkə daxilindən toplayıb və onlara göndərib”, – Afaqi deyib.
Qeyd edək ki, daha öncə sosial media istifadəçiləri Hüseyn Şənbəzadənin həbs edilməsindən sonra onun “X” platformasında İranın ali rəhbəri Əli Xameneyinin tvitinə yalnız nöqtə atmasına görə saxlanıldığına dair paylaşımlar etmişdilər.
Xuraman Etibarlı
İnterpress.az