Hindistandan gələn bağlamalarda 1 milyonluq narkotik TUTULDU – VİDEObackend

Hindistandan gələn bağlamalarda 1 milyonluq narkotik TUTULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mineralnıye Vodi gömrükçüləri Hindistandan göndərilən bağlamalarda 1 milyon rublluq psixotrop maddə qaçaqmalçılığını dayandırıblar. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FGX) məlumat yayıb.

Qanunsuz sxemi Nevinnomıssk şəhərinin 30 yaşlı sakini təşkil edib. O, qadağan olunmuş psixotrop preparatları xaricdən sifariş edərək Rusiya Federasiyasının bütün ərazisi üzrə internet saytları vasitəsilə satırmış.

Əməliyyat zamanı müsadirə olunan maddələrin ümumi dəyərinin 1 milyon rubl (təxminən 20 min 325 manat) olduğu bildirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, saxlanılan şəxsi uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az