İdmançılarımız Tokio Olimpiadasının açılış mərasimində paraddan keçdi backend

İdmançılarımız Tokio Olimpiadasının açılış mərasimində paraddan keçdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi bu dəqiqələrdə Olimpiadanın paradından keçib. Olimpiya komandamızın bayraqlarını Rüstəm Orucovla Fəridə Əzizova daşıyıb.

15:17

Tokio Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Azərbaycanın 44 idmançısının (40 lisenziya) yarışacağı, pandemiyaya görə dörd yox, beş ildən sonra baş tutan mötəbər yarışın açılış mərasimi Yaponiya Milli Stadionunda keçirilir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra keçəcək.

İlk dəfə bu Olimpiadanın açılış mərasimində gender bərabərliyinin qorunması üçün iki bayraqdar iştirak edəcək. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Yarışı aşağıdakı link vasitəsilə izləmək mümkündür: