İlahiyyatçı dünya çempionatından danışdı: “Bütün dünyaya İslam dəyərlərinə sahib çıxmağın vacibliyini xatırladır”backend

İlahiyyatçı dünya çempionatından danışdı: “Bütün dünyaya İslam dəyərlərinə sahib çıxmağın vacibliyini xatırladır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dünya çempionatı futbol baxımından necə yadda qalmasından asılı olmayaraq İslam dini və İslam mədəniyyətini tanıntmaq baxımından müsbət yadda qaldı”.

İnterpress.az xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bildirib.

“Çempionatın açılışında əlilliyi olan oğlan və qara dərili aktyor tərəfindən Qurani-kərimin Hucurat surəsinin 13-cü ayəsinin (“Biz insanları qəbilələrə və xalqlara ona görə ayırdıq ki, bir-birlərini tanısınlar. Allah qatında ən üstün olanınız ən təqvalı-məsuliyyətli, vicdanlı, əxlaqlı-olanınızdır”) dilə gətirilməsi və bu ayə çərçivəsində bəzi mesajların verilməsi islamofobiyanın hər gün artdığı dünyada mühüm hadisə idi. Digər gözəl mesaj isə Mərakeş milli komandasının bəzi oyunçularının hər qələbədən sonra öz anaları ilə birgə olan səmimi şəkilləridir. Hər keçən gün boşanmaların artdığı, ailə müəssisəsinin zəiflədiyi və dağıldığı, böyüklərə hörmət və s. kimi məsələlərin arxa plana atıldığı dünyamızda bu mənzərələr İslam mədəniyyətində ailə, valideyn, övlad, ana-ata və s. kimi məsələlərin nə qədər dəyərli olmasını göstərir və həmçinin bütün dünyaya bu dəyərlərə sahib çıxmağın vacibliyini xatırladır”, – o əlavə edib.