İndoneziyada iki yük maşınının toqquşması nəticəsində sürücülərdən biri pəncərədən yola atılıb.
İnterpress.az xəbər verir ki, İndoneziyada iki yük avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı sürücülərdən biri zərbənin təsirindən yük maşınının pəncərəsindən yola atılıb.
Məlumata görə, sürücü möcüzə nəticəsində sağ qalsa da, ağır bədən xəsarətləri alıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






