İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) İndoneziyanın Təşkilata üzv olması üçün danışıqlara başlamaq qərarına gəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
OECD-nin verdiyi açıqlamada İndoneziyanın 2007-ci ildən Təşkilatın “əsas tərəfdaşı” ölkəsi olduğu və sözügedən qərarın ölkə ilə uzun illər davam edən əməkdaşlığa əsaslandığı xatırladılıb.
İndoneziyanın 2014-cü ildə İƏİT-in Cənub-Şərqi Asiya Regional Proqramının başlamasına köməklik göstərdiyi xatırladaraq, 38 üzv ölkədən ibarət İƏİT Şurasının İndoneziya ilə üzvlük danışıqlarına başlamaq qərarına gəldiyi paylaşıldı.
Məlumata görə, texniki baxış prosesi üçün qoşulma yol xəritəsi layihəsi OECD Şurasının növbəti iclasında baxılmaq üçün hazırlanacaq.
Texniki baxışlar nəticəsində İndoneziyanın qanunvericiliyini, siyasətlərini və təcrübələrini OECD standartlarına uyğunlaşdırmaq üçün islahat tövsiyələrinin veriləcəyi bildirilən açıqlamaya görə, bütün texniki komitələr araşdırmalarını tamamladıqdan sonra, iştirak dəvəti ilə bağlı yekun qərar verilməli olacaq. OECD üzvləri tərəfindən yekdilliklə qəbul ediləcək.
2007-ci ildə OECD Braziliya, Çin, Hindistan, Cənubi Afrika və İndoneziyanı “əsas tərəfdaşlar” kimi təyin etdi.