İngiltərənin qara çay tədarükünə Qırmızı dəniz maneəsibackend

İngiltərənin qara çay tədarükünə Qırmızı dəniz maneəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı dənizdəki gərginlikdən sonra gəmilərin daha uzun marşrutlarla hərəkət etməsi səbəbindən dünyanın beşinci ən böyük çay idxalçısı İngiltərənin qara çay tədarükündə müvəqqəti fasilə yarandığı bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Britaniya Pərakəndə Satıcılar Assosiasiyasının (BRC) Qida və Davamlılıq Direktoru Andrew Opie qara çay tədarükündə müvəqqəti fasilələr gördüklərini ifadə edib: “Biz bunun istehlakçılara təsirinin məhdud olacağını düşünürük, çünki pərakəndə satışçılar böyük bir satış gözləmirlər”.

Ölkənin ən böyük ərzaq şəbəkələrindən biri olan Sainsbury’s də istehlakçılara ölkə daxilində çay tədarükündə fasilələr olduğu barədə xəbərdarlıq edib.

İranın dəstəklədiyi Yəməndə husilərin Qırmızı dənizdə İsraillə əlaqəsi olan ticarət gəmilərinə təşkil etdiyi hücumlardan sonra bölgədə gərginlik artmaqda davam edir.

Bu hücumlardan sonra əksər gəmiçilik şirkətləri alternativ marşrutlara üstünlük verir və çatdırılma müddətində fasilələrə səbəb olur. Marşrutlarını Ümid burnuna dəyişən gəmilərin səyahət müddətini 10-14 gün uzatdığı təxmin edilir.

Dünyada beşinci ən böyük çay idxalçısı olan Böyük Britaniyanın çay təchizatının əksəriyyəti Keniya və Hindistan tərəfindən təmin edilir. Qırmızı dəniz marşrutu bu ölkələrdən təchizat üçün istifadə olunur, lakin gərginlik səbəbindən bu marşrut müvəqqəti fasilələr gətirən Ümid burnu ilə əvəz edilmişdir.