İqtisadçı-ekspert: Zəngəzur dəhlizi alternativsiz nəqliyyat dəhlizinə çevriləcəkbackend

İqtisadçı-ekspert: Zəngəzur dəhlizi alternativsiz nəqliyyat dəhlizinə çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal dünyada baş verən siyasi hərəkətlilik fonunda yaranmış vəziyyət Azərbaycanın qarşısında da yeni çağırışlar və fürsətlər yaratmaqdadır. Regionda formalaşan siyasi-iqtisadi vəziyyət, o cümlədən ölkəmizin yerləşdiyi əlverişli coğrafi-mövqe yaranmış vəziyyətdən daha səmərəli və effektiv istifadə etməyə zəmin yaradır.

Bunu iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib. Ekspert bildirib ki, ölkəmizin Qərb-Şərq, eləcə də Şimal və Cənub arasında mühüm nəqliyyat qovşaqlarında yerləşməsi nəqliyyat infrastrukturunun inkişafını da labüd edir.

R.Hüseyn əlavə edib ki, hər il ölkəmizdə minlərlə kilometr müasir standartlara cavab verən yollar inşa edilir. Yeni inşa edilmiş və standartlara cavab verən müasir yolların inşası, o cümlədən beynəlxalq səviyyəli hava limanlarının, Xəzər dənizində böyük limanın tikintisi xarici ölkələrin biznes subyektlərini də diqqətini cəlb etməmiş deyil.

Onun sözlərinə görə, ölkənin əlverişli relyefi və həmçinin yükdaşımalarının rahat və problemsiz həyata keçirilməsi biznes subyektlərinin də diqqətlə izlədiyi məsələdir. Şərq və Qərb arasında olan mühüm nəqliyyat habının açarı rolunda çıxış edən Zəngəzur dəhlizinin əhəmiyyəti isə daha böyükdür. İqtisadçı-ekspert bildirib ki, Zəngəzur dəhlizi məsələsində bir sıra Qərb ölkələri də maraqlıdır. Gələcəkdə bu dəhliz həm Şərq, həm də Qərb üçün imkanlar baxımında alternativsiz nəqliyyat dəhlizinə çevriləcək.