İran prezidenti qonşu ölkələrlə münasibətlərdən DANIŞDIbackend

İran prezidenti qonşu ölkələrlə münasibətlərdən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi rəsmi Tehranın xarici siyasətinin dünya və xüsusilə qonşu ölkələrlə hərtərəfli qarşılıqlı əlaqə istiqamətində olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Xameneinin Tehranda İslami Vəhdət Konfransının qonaqları ilə görüşü zamanı çıxış edən İbrahim Rəisi deyib:
“İranın xarici siyasəti dünya ilə, xüsusilə qonşu ölkələrlə hərtərəfli qarşılıqlı fəaliyyət istiqamətindədir. Biz ölkə iqtisadiyyatını danışıqlara bağlamırıq. Biz öhdəliklərimizə sadiqik. Ancaq ABŞ və avropalılar qərar qəbul edərkən böhran yaşayırlar”.