İraqda 14 terrorçu zərərsizləşdirilibbackend

İraqda 14 terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.