İş adamı 7 yaşlı oğlunu zəncirlə bağladığı İDDİA OLUNUR – FOTO/VİDEObackend

İş adamı 7 yaşlı oğlunu zəncirlə bağladığı İDDİA OLUNUR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnvitro” franşizalarının sahibindən uşağının anasına qaytarılması tələb olunur

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, sahibkar Andrey Kaut 7 yaşlı oğlunu zəncirlə qapıya bağlamaqda və keçmiş həyat yoldaşına bunun görüntülərini göndərməkdə ittiham olunur.

Bildirilir ki, sahibkar məhkəmədə bu hərəkəti “it oyunu” adlandırıb.

Kaut və keçmiş həyat yoldaşı 13 il nikahda olublar və onların üç övladı var. Qadının nümayəndəsinin sözlərinə görə, ailə həyatı dövründə sahibkar onu dəfələrlə, o cümlədən gecələr döyüb.

Həmçinin onun antipsixotik dərmanlardan mütəmadi istifadə etdiyi və aqressiv davranışlar nümayiş etdirdiyi iddia olunur.

Məlumata görə, iyul ayında sahibkar iki uşağı zorla öz yanına aparıb. 3 yaşlı qızın anasına qaytarıldığı, 7 yaşlı oğlanın isə atasının və onun yeni həyat yoldaşının yanında qaldığı bildirilir.

Hazırda qadın və vəkilləri uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət ediblər.

Andrey Kaut isə zəncir hadisəsini fərqli izah edib. O, uşağı ilə sadəcə “it oyunu” oynadıqlarını və oğlanın qayışdan xoşu gəldiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az