İsrail ordusu HƏMAS-ın komandirlərindən birini MƏHV ETDİbackend

İsrail ordusu HƏMAS-ın komandirlərindən birini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah, sursat və nağd pulun çatdırılmasına cavabdeh olan yüksək rütbəli təchizat rəsmisi Əzmi Əbu-Dakı məhv edib.

Bundan əlavə, hava zərbələri zamanı HƏMAS-ın taktiki bölmələrinin iki komandiri öldürülüb.

Hərbçilərə görə, məhv edilən radikallar sektorun cənubunda Rəfah bölgəsində İsrail Müdafiə Qüvvələrinə qarşı hücum hazırlayırdılar.

Xuraman Etibarlı

İnterpress.az