İsrail Müdafiə Ordusu oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Xaqari bildirib.
Həmin şəxslərin adları açıqlanıb: Eliyahu Marqalit, Mia Qoren, Ronen Enqel və Arye Zalmanoviç.
D.Xaqari bildirib ki, onların ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.