İsraildəki yəhudilər restoranlara yemək yeməyə gəlir, hava hücumundan müdafiə sirenlərinin səslənməsini gözləyir və sonra pul ödəmədən sığınacaq axtarırlar.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.
İsraildə davam edən hərbi gərginlik fonunda restoran və kafelərdə maraqlı bir mənzərə yaranıb.
Məlumata görə, müştərilər yemək yedikləri zaman hava hücumundan müdafiə (HHM) sistemlərinin siqnalları eşidildikdə, təhlükəsizlik məqsədilə dərhal sığınacaqlara qaçırlar.
Bu tələsik çıxışlar zamanı insanların çoxu hesabı ödəməyə imkan tapmır və ya sadəcə ödəmək istəmir, yeməkxananı tərk edərək uzaqlaşırlar.
Xuraman Etibarlı
İnterpress.az






