“Rosqvardiya” əməkdaşına bıçaqlı HÜCUM: Cinayətkar SAXLANILDI – VİDEObackend

“Rosqvardiya” əməkdaşına bıçaqlı HÜCUM: Cinayətkar SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Moskvada kişi “Rosqvardiya” əməkdaşını bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatıı məlumat yayıb.

Yeni Moskvada yerləşən Baçurinskaya küçəsindəki yaşayış massivlərinin birində bıçaqlı insident baş verib.

Şahidlərin sözlərinə görə, psixoloji vəziyyəti qeyri-adekvat olan bir şəxs küçədə əlində bıçaqla qaçaraq qışqırır və ətrafdakılara hədə-qorxu gəlirdi.

Hadisə yerinə gələn “Rosqvardiya” əməkdaşı vəziyyətə müdaxilə etməyə çalışıb. Həmin şəxs gözlənilmədən əməkdaşa hücum edərək ona bıçaqla xəsarət yetirib.

Köməyə gələn digər qvardiyaçıya da hücum edən cinayətkar qısa müddət sonra zərərsizləşdirilərək saxlanılıb.

Yaşayış kompleksi sakinləri bildiriblər ki, bu şəxsi daha əvvəl də görüblər və o, mütəmadi olaraq yad insanların binalarına daxil olmağa cəhd edirmiş.

Xuraman Etibarlı

İnterpress.az