Xilasetmə əməliyyatı DAYANDIRILDI: Balina Timminin taleyi QARANLIQ QALIR – VİDEObackend

Xilasetmə əməliyyatı DAYANDIRILDI: Balina Timminin taleyi QARANLIQ QALIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Timmi adlı balinanı xilas etmək cəhdləri dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Meklenburq-Ön Pomeraniya ətraf mühit naziri Till Bakhaus bildirib ki, Timmi adlı balinanı xilas etmək cəhdləri dayandırılıb və heyvanın olduğu yerdə tək buraxılmasına qərar verilib.

Nazirin sözlərinə görə, mütəxəssislər balinaya şans vermək üçün əllərindən gələni ediblər, lakin baş verənləri “misli görünməmiş bir faciə” adlandırıb.

Bildirilir ki, Timminin özbaşına xilas olması ehtimalı son dərəcə azdır.

Məlumata görə, köpək balığı gecə ərzində yerindən tərpənməyib, lakin hələ də nəfəs alır. Yaxın saatlarda ekspertlər heyvana yaxınlaşaraq onun vəziyyətini yenidən yoxlamağa çalışacaqlar.

Qeyd edək ki, martın 20-dən Almaniya sahillərində Baltik dənizinin dayaz sularında qozbel balina ilişib qalıb.

Xilasetmə işləri günlərlə aparılsa da, nəticə ürəkaçan olmayıb. Heyvanın uzunluğu 12-15 metr, çəkisi isə təxminən 15 tondur.

50 metr uzunluğunda xəndək qazmaq üçün iki ekskavatordan istifadə olunurdu.

Xuraman Etibarlı

İnterpress.az