“Orion”da gözlənilməz PROBLEM: Microsoft astronavtları çətin vəziyyətdə QOYDU – VİDEObackend

“Orion”da gözlənilməz PROBLEM: Microsoft astronavtları çətin vəziyyətdə QOYDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Orion” astronavtları işləməyən “Outlook” problemi ilə üzləşiblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.

Ay missiyasının iştirakçıları Houstondakı yerüstü idarəetmə mərkəzinə gəmi kompüterlərindəki texniki nasazlıqla bağlı şikayət ediblər.

Astronavtlar bildiriblər ki, bort kompüterində eyni anda iki “Outlook” proqramı işə düşsə də, onlardan heç biri işlək vəziyyətdə deyil.

Yaranmış problemin aradan qaldırılması üçün NASA mütəxəssisləri təcili surətdə məsafədən (distant) qoşularaq Microsoft-un proqram təminatı ilə bağlı problemi həll etməyə çalışıblar.

Xuraman Etibarlı

İnterpress.az