ABŞ-də silahlı İNSİDENT: Polis kömək istəyən autist gənci ÖLDÜRDÜ – FOTO/VİDEObackend

ABŞ-də silahlı İNSİDENT: Polis kömək istəyən autist gənci ÖLDÜRDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də polislər psixi pozğunluğu olan autist gənci güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-da faciəli hadisə baş verib. 25 yaşlı Aleksandr Lamori adlı autist gənc psixi böhran keçirərkən özünə xəsarət yetirməyə çalışıb.

O, özü “911” xidmətinə zəng edərək kömək istəyib.

Hadisə yerinə gələn polis əməkdaşları Aleksandrı əlində bıçaqla aşkarlayıblar. Gənc polislərin xəbərdarlıqlarına baxmayaraq, onlara doğru hərəkət etməyə davam edib və dayanmaqdan imtina edib.

Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları gəncə qarşı odlu silahdan istifadə edərək onu vurublar. Hadisə nəticəsində Aleksandr Lamori dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az