Keyfiyyətsiz implant QURBANI: Pasiyentin ürəyi DEŞİLDİ – FOTObackend

Keyfiyyətsiz implant QURBANI: Pasiyentin ürəyi DEŞİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada diş həkimi ziyarəti Rusiyada yaşayan şəxsi ürək əməliyyatına məcbur edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada yaşayan Sergey adlı şəxs diş klinikasında etdirdiyi prosedurdan sonra ciddi sağlamlıq problemləri ilə üzləşib.

Həyat yoldaşı ilə birlikdə daha əvvəl də 62 saylı stomatoloji poliklinikaya müraciət etdiklərini və heç bir narazılıqlarının olmadığını bildirən Sergey, bu dəfəki diş çıxarılması və implant yerləşdirilməsi əməliyyatından sonra vəziyyətinin pisləşdiyini deyib.

Bir neçə ay sonra keçirilən tibbi müayinə zamanı məlum olub ki, onun ürəyində bakterial infeksiya yaranıb və toxumalar ciddi zədələnib.

Kardioloq Sergeyə onun “ayaqüstə infarkt keçirdiyini” və ürəyində bakteriya koloniyasının toxumaları zədələyərək “dəlik açdığını” bildirib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, kardioloq infeksiyanın ürəyə yayılmasının əsas səbəbi kimi keyfiyyətsiz implantı göstərib.

Vəziyyəti kritik olan Sergeyə təcili cərrahiyyə əməliyyatı olunub və ona aorta və mitral klapanlar yerləşdirilib. Hazırda pasiyentin bərpa prosesi davam edir.

Xuraman Etibarlı

İnterpress.az