Həkimlər xərçəngi dırnaq batması ilə SƏHV SALDILAR: 57 yaşlı polis ÖLDÜ – VİDEObackend

Həkimlər xərçəngi dırnaq batması ilə SƏHV SALDILAR: 57 yaşlı polis ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Osetiyada həkimlər xərçəngi dırnaq batması ilə səhv salıb müalicə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Şimali Osetiyada tibbi səhlənkarlıq nəticəsində 57 yaşlı polis əməkdaşı Aslan D. dünyasını dəyişib.

Həkimlər yarım ildən çox müddətdə xərçəng xəstəliyini dırnaq batması və irinli iltihab (fleqmona) kimi diaqnoz qoyaraq müalicə ediblər.

Hadisə 2025-ci ilin iyun ayında başlayıb. Aslan D.-nin sağ ayağının baş barmağı qanamağa başlayıb. Rentgen müayinəsindən sonra həkimlər barmağı təmizləyərək pasiyenti evə buraxıblar və ona “Levomekol” məlhəmi ilə müalicə təyin ediblər.

Dekabr ayında vəziyyət daha da pisləşib, barmaqdakı yara artıq dırnaq batmasına bənzəməyib. Yerli xəstəxanaya yerləşdirilən xəstə üzərində əməliyyat aparılıb, biopsiya üçün material götürülüb və ona “fleqmona” diaqnozu qoyulub.

Moskvadan cavablar gələnə qədər xəstənin vəziyyəti kəskin pisləşib. Bir ay sonra analizlər xərçəngin sonuncu mərhələdə olduğunu təsdiqləyib.

Bu müddət ərzində metastazlar ağciyərlərə, onurğa sütununa və qaraciyərə yayılıb. Yanvar ayında polis əməkdaşı vəfat edib.

Mərhumun yaxınları həkimlərin hərəkətlərində səhlənkarlıq olduğunu iddia edərək İstintaq Komitəsinə şikayət ediblər.

Xuraman Etibarlı

İnterpress.az