Dmitri Medvedev: Xəstə miqrantlar dərhal deportasiya olunmalıdır – VİDEObackend

Dmitri Medvedev: Xəstə miqrantlar dərhal deportasiya olunmalıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medvedev bildirib ki, təhlükəli xəstəliklər diaqnozu qoyulmuş miqrantlar dərhal Rusiya Federasiyasından deportasiya olunmalıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev miqrasiya siyasəti ilə bağlı sərt açıqlamalar verib.

O, ölkəyə daxil olan və təhlükəli xəstəlikləri aşkar edilən miqrantların dərhal deportasiya edilməli olduğunu vurğulayıb.

Medvedev, həmçinin miqrantların Rusiya ərazisində etnik anklavlar yaratması problemi üzərində də dayanaraq, bu cür halların qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az