Çin bazarında KÜTLƏVİ HÜCUM: Yaralılar var – FOTO/VİDEObackend

Çin bazarında KÜTLƏVİ HÜCUM: Yaralılar var – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şençjen şəhərində bazar yerində kütləvi hücum baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin Şençjen şəhərində yerləşən bazarların birində naməlum şəxs tərəfindən kütləvi bıçaqlanma hadisəsi baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 4 nəfər ağır xəsarət alıb.

Hücum edən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Hələlik təqsirləndirilən şəxsin motivləri barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bu, son bir neçə gündə Çində baş verən ikinci kütləvi hücum hadisəsidir.

Çin rəsmiləri hələ ki, insidentlə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, sosial şəbəkələrdə hücumların arxasında separatçıların dayana biləcəyinə dair ehtimallar geniş müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az