Ələ salma faciə ilə BİTDİ: 8 yaşlı uşaq həmyaşıdlarını BIÇAQLADIbackend

Ələ salma faciə ilə BİTDİ: 8 yaşlı uşaq həmyaşıdlarını BIÇAQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümen vilayətində 8 yaşlı uşaq həmyaşıdlarını bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

Tümen vilayətində azyaşlılar arasında dəhşətli insident baş verib. 8 yaşlı uşağın bıçaqla hücumu nəticəsində iki uşaq xəsarət alıb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

Media orqanlarında yayılan məlumatlara görə, münaqişəyə səbəb qızın hücum edən uşağı ələ salması olub.

Hadisə nəticəsində xəsarət alan uşaqlara tibbi yardım göstərilib: oğlanın çiyin nahiyəsində dörd bıçaq yarası, qızın isə əlində kəsik xəsarətləri aşkarlanıb.

Xuraman Etibarlı

İnterpress.az