İstilik xəttində QƏZA: Tələbələr qaynar su dolu çuxura düşərək YANDI – FOTO/VİDEObackend

İstilik xəttində QƏZA: Tələbələr qaynar su dolu çuxura düşərək YANDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orenburqda iki tələbə qaynar su dolu çuxura düşərək ağır yanıq xəsarətləri alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Orenburq şəhərində dəhşətli hadisə baş verib. Küçə ilə hərəkət edən iki gənc torpaq çökməsi nəticəsində yaranan qaynar su dolu çuxura düşüb.

Hadisə istilik xəttinin partlaması səbəbindən baş verib və yaranan boşluq dərhal qaynar su ilə dolub.

Tələbələrdən biri təhlükəni fərq etməyərək belinə qədər qaynar suyun içine yıxılıb.

Yoldan keçənlər təcili yardım gələnə qədər ona kömək etməyə, yaralarını qar vasitəsilə sərinləşdirməyə çalışıblar. Lakin elə bu vaxt daha bir tələbə də eyni çuxura yıxılıb.

Hər iki zərərçəkmiş ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan birinin yetkinlik yaşına çatmadığı bildirilir.

Regional İstintaq Komitəsi faktla bağlı artıq cinayət işi açıb. Qəzanın nəticələrinin tam aradan qaldırılmasının təxminən bir ay çəkəcəyi gözlənilir.

Yerli sakinlər sözügedən ərazidəki problemlərlə bağlı dəfələrlə xəbərdarlıq etsələr də, kommunal xidmətlərin bu şikayətlərə heç bir reaksiya vermədiyi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az