Tayvanda nəhəng mebel mağazası yanıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Tayvanın Beytun şəhərində yerləşən böyük mebel mağazasında güclü yanğın baş verib.
Hadisə nəticəsində alov sürətlə yayılaraq binanın bütün mərtəbələrini əhatə edib.
Şahidlərin bildirdiyinə görə, yanğın o qədər güclüdür ki, qalxan alov və qatı tüstü bir neçə məhəllə uzaqdan aydın görünür.
Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.
Yanğının başvermə səbəbləri və xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az






