Tokayev məmurları TƏNQİD ETDİ: “Çıxışlarını belə ChatGPT-yə yazdırırlar” – VİDEObackend

Tokayev məmurları TƏNQİD ETDİ: “Çıxışlarını belə ChatGPT-yə yazdırırlar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokayev məmurları süni intellektdən asılılığa görə tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət məmurlarının və vətəndaşların süni intellektdən həddindən artıq asılılığını kəskin tənqid edib.

Dövlət başçısı bildirib ki, insanlar artıq öz çıxışlarını belə yazmır, bu işi “Grok” və ya “ChatGPT” kimi sistemlərə həvalə edirlər.

Prezidentin sözlərinə görə, bu tendensiya təhsilin keyfiyyətinə və fərdi inkişafa mənfi təsir göstərir:

“Mən müşahidə edirəm ki, insanlar artıq süni intellektə arxalanmağa başlayıblar, hətta öz çıxışlarını belə yazmırlar – bunu ‘Grok’a, ‘ChatGPT’yə tapşırırlar. Yəni, insanlar lazımi qaydada öyrənmir, müvafiq təhsil almırlar, sadəcə bu intellektdən müxtəlif variantlarda necə istifadə etməyi öyrənirlər. Bu, çox ciddi bir yan təsirdir”.

Tokayev vurğulayıb ki, bu vəziyyət intellektual inkişafın qarşısını alan birbaşa mənfi amildir.

Xuraman Etibarlı

İnterpress.az