Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə yönəlib.
İnterpress.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.
Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatına cəlb olunan ABŞ hərbi təyyarələrinin istiqaməti dəyişib.
Məlumata görə, həmin təyyarələr hazırda Yaxın Şərq regionuna doğru hərəkət edirlər.
Hərbi ekspertlər və monitorinq resursları qeyd edir ki, bu yerdəyişmə bölgədəki hərbi aktivliyin artması və strateji planların dəyişməsi ilə əlaqədar ola bilər.
Təyyarələrin konkret hansı aviabazalara göndərildiyi və yeni tapşırıqlarının nədən ibarət olduğu barədə hələlik rəsmi açıqlama verilməyib.

Xuraman Etibarlı
İnterpress.az






