İran ordusuna 1000 ədəd yeni PUA TƏHVİL VERİLDİbackend

İran ordusuna 1000 ədəd yeni PUA TƏHVİL VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordusu 1000 ədəd yeni PUA alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İran ordusu regionda artan gərginlik fonunda 1000 ədəd pilotsuz uçuş aparatından (PUA) ibarət yeni partiyanı qəbul edib.

Məlumata görə, bu texnikalar strateji üstünlüyü möhkəmləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə ordunun müxtəlif bölmələrinə paylanılıb.

İran ordusunun baş komandanı Əmir Xatəmi bildirib ki, pilotsuz uçuş aparatlarının bu partiyası hərbi əməliyyatların sürətli idarə olunması və istənilən təcavüzkara sarsıdıcı zərbələr endirilməsi üçün zəruridir.

Xuraman Etibarlı

İnterpress.az