Marqarita Simonyan kimyaterapiyadan sonra ilk dəfə pariksiz görüntülənib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kremlin əsas ruporlarından biri, “Russia Today” (RT) telekanalının baş redaktoru Marqarita Simonyan kimyaterapiya kurslarından sonra ilk dəfə pariksiz fotosunu nümayiş etdirib.
Rusiyanın erməni əsilli təbliğatçısı xərçəng xəstəliyi ilə mübarizə apardığı müddətdə ilk dəfə təbii görünüşünü izləyiciləri ilə bölüşüb.
Paylaşılan foto onun müalicə prosesindən sonrakı vəziyyətini əks etdirir.

Xuraman Etibarlı
İnterpress.az






