Danimarka Qrenlandiyalı ailələrin uşaqlarını zorla əllərindən almaqda ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Danimarka Qrenlandiyanın yerli əhalisi (inuitlər) olan ailələrin uşaqlarını “valideynlik səriştəsi testləri” bəhanəsi ilə sistemli şəkildə əllərindən almaqda ittiham olunur.
Araşdırmalar göstərir ki, Qrenlandiya ailələri Danimarka ailələri ilə müqayisədə qəyyumluq orqanlarının müdaxiləsi ilə altı dəfə daha çox üzləşirlər.
İddialara görə, uşaqların ailələrdən ayrılması prosesində yerli inuit xalqının mədəni və dil xüsusiyyətləri tamamilə görməzdən gəlinir.
Qiymətləndirmə prosedurları isə köhnəlmiş müstəmləkəçilik təsəvvürlərinə əsaslanır.
Bu vəziyyət yerli əhali arasında ciddi narazılığa səbəb olub və Danimarkanın Qrenlandiyada hələ də müstəmləkə metodlarından istifadə etməsi kimi qiymətləndirilib.
Xuraman Etibarlı
İnterpress.az





