Krasnodarda vaxtı keçməmiş şokoladın içindən diri qurdlar çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Krasnodar şəhərinin sakini Yeni il bayramı günlərində mağazadan altı ədəd şokolad alıb.
Qadın şokoladların ikisini açdıqda dəhşətli mənzərə ilə qarşılaşıb – məhsulun içərisində hərəkət edən diri parazit qurdlar aşkar edilib.
Məsələnin ən diqqətçəkən tərəfi odur ki, şokoladın üzərində qeyd olunan son istifadə müddəti qaydasındadır və məhsulun 2027-ci ilə qədər yararlı olduğu göstərilib.
Zərərçəkmiş qadın oxşar “sürprizlərlə” daha sonra aldığı dietik çörəklərdə (xlebtsı) də rastlaşdığını bildirib.
O, faktla bağlı narazılığını ifadə edərək digər istehlakçıları ehtiyatlı olmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






